
Bu gün Türkiyə Super Liqasında XXV tura yekun vurulub.
Apasport.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma keçirilib.
“Qalatasaray” azarkeşləri önündə əzəli rəqibi “Fənərbaxça”nı qəbul edib. Görüş qarşılıqlı hücumlar şəraitində keçib.
Matçın ilk yarısında "sarı-lacivərdlilər" fərqlənsə də, baş hakim qolu qeydə almayıb.
İkinci hissədə də tərəflərin səylərinə baxmayaraq, oyunda hesab açılmayıb.
“Qalatasaray” 25 turdan sonra 64 xalla liderdir. “Fənərbaxça” isə 58 xalla ikincidir.
Türkiyə Super Liqası
XXV tur
24 fevral
21:00 "Qalatasaray" - "Fənərbaxça" 0:0
"Qalatasaray": Fernando Muslera, Przemislav Frankovski, Davinson Sançez, Abdülkerim Bardakçı, Evren Eren Elmalı, Lukas Torreyra, Mario Lemina, Rolan Şallai, Qabriel Sara, Barış Alper Yılmaz, Viktor Osimhen.
"Fənərbaxça": İrfan Can Eyribayat, Milan Şkriniar, Çağlar Söyüncü, Yusuf Akçiçek, Oğuz Aydın, Fred, Sebastian Şimanski, Filip Kostiç, Duşan Tadiç, Edin Ceko, Yusuf En-Nesiri.
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
“Rams Park”