Türkiyə Hakimlər Komitəsindən bəyanat
12.12.2023 - 11:26
Türkiyə Hakimlər Komitəsindən bəyanat

Türkiyə Hakimlər Komitəsi “Ankaragücü” – “Rizəspor” qarşılaşmasında baş verənlərlə bağlı bəyanat yayıb.

Apasport.az xəbər verir ki, komitə hadisəni qınayıb.

Qurum yaşananları lənətlədiyini bildirib: “Bu hücum təkcə hakimlərimizə deyil, Türk futboluna qarşı atılmış bir addımdır. Bütün hüquqi prosesləri izləyəcək, hadisə iştirakçılarının lazımi cəza alması üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, hadisədən sonra Türkiyə aktiv futbol hakimləri və müşahidəçilər dərnəyi açıqlama verərək referiləri matçlara çıxmamağa çağırıblar.

0