Türkiyə klubunun azarkeşi kubok oyunundan sonra vəfat edib
06.02.2026 - 01:31
Türkiyənin “Kocaelispor” klubunun azarkeşi komandasının ölkə kubokunun III turunda keçirilən oyunundan sonra vəfat edib.
Apasport.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Hadisə bu gün “Beşiktaş”a qarşı keçirilən və 1:1 hesablı heç-heçə ilə başa çatan matçdan sonra baş verib.
Klub azarkeşin vəfatı ilə bağlı onun ailəsinə və yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, “Kocaelispor” hazırda 4 xalla C qrupunda 5-ci pillədə qərarlaşıb.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0