Türkiyə millisinin futbolçusuna hücumda şübhəli bilinən 5 nəfər həbs edilib - YENİLƏNİB
30.09.2024 - 18:01
Türkiyə millisinin futbolçusuna hücumda şübhəli bilinən 5 nəfər həbs edilib - YENİLƏNİB

Türkiyə millisinin sabiq futbolçusu Serhat Akına silahlı hücumla bağlı saxlanılan 6 şübhəlidən 5-i həbs edilib.

Apasport.az xəbər verir ki, Beykoz Respublika Prokurorluğundan Sülh Cəza Məhkəməsinə sövq edilən 5 şübhəli qəsdən adam öldürmə ittihamı ilə həbs edilib. 

Bir nəfər isə beynəlxalq səyahət qadağası və məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.

***

11:58

Türkiyə millisinin və "Fənərbaxça"nın sabiq futbolçusu Serhat Akına qarşı silahlı hücum törədən şübhəli şəxslər saxlanılıb. 

Apasport.az xəbər verir ki, silahlı hücumla bağlı saxlanılan 6 şübhəli ədliyyəyə sövq edilib.

Serhat Akının silahlı hücumda ayağından xəsarət alması ilə bağlı Beykoz Respublika Prokurorluğu tərəfindən aparılan istintaq davam edir.

Hadisədə motosikleti idarə etdiyi iddia edilən O. M., tapançadan atəş açdığı iddia edilən Ö.D. M.A, İ.T, Y.G. və M.A. polis bölməsinə aparılıb. Əməliyyatların ardında şübhəli şəxslər Beykoz Ədliyyəsinə sövq edilib. 

Qeyd edək ki, sabiq futbolçu ekspert kimi çıxış etdiyi proqramdan qayıdarkən silahlı hücuma məruz qalaraq ayağından yaralanıb. 

0