Türkiyə millisinin heyəti açıqlandı
04.10.2024 - 14:15
Türkiyə millisinin heyəti açıqlandı

Futbol üzrə Türkiyə millisinin UEFA Millətlər B Liqasında Monteneqro və İslandiya ilə oyunları üçün heyəti açıqlanıb.

Apasport.az xəbər verir ki, “Ştutqart”da çıxış edən Atakan Karazor ilk dəfə milliyə dəvət alıb.

Digər tərəfdən "Eyüpspor"da çıxış edən Ahmed Kutucu 2020-ci ildən sonra ilk dəfə millinin namizəd heyətində yer alıb.

Qapıçılar: Altay Bayındır ("Mançester Yunayted"), Mert Günok ("Beşiktaş"), Uğurcan Çakır ("Trabzonspor"), Muhammed Şengezer ("Başakşehir").

Müdafiəçilər: Abdülkerim Bardakcı ("Qalatasaray"), Emirhan Topçu ("Beşiktaş"), Eren Elmalı ("Trabzonspor"), Ferdi Kadıoğlu ("Brayton"), Merih Demiral ("Əl-Əhli"), Mert Müldür, Samet Akaydın ("Fənərbaxça"), Zeki Çelik ("Roma").

Yarımmüdafiəçilər: Atakan Karazor ("Ştuttqart"), Hakan Çalhanoğlu ("İnter"), İsmail Yüksek ("Fənərbaxça"), Kaan Ayhan ("Qalatasaray"), Okay Yokuşlu ("Trabzonspor"), Orkun Kökçü ("Benfika").

Hücumçular: Ahmed Kutucu ("Eyüpspor"), Arda Güler ("Real"), Barış Alper Yılmaz, Yunus Akgün ("Qalatasaray"), Bertuğ Yıldırım ("Xetafe"), İrfan Can Kahveci ("Fənərbaxça"), Kenan Yıldız ("Yuventus"), Kerem Aktürkoğlu ("Benfika"), Semih Kılıçsoy ("Beşiktaş").

Qeyd edək ki, Türkiyə oktyabrın 11-i evdə Monteneqronu qəbul edəcək, 14-ü isə səfərdə İslandiyanın qonağı olacaq. 

0