Türkiyə millisinin oyunu ingilislərə həvalə olunub
29.03.2026 - 10:33
DÇ-2026-nın seçmə mərhələsinin pley-off finalı çərçivəsində Türkiyə ilə Kosovo arasında keçiriləcək matçının təyinatları açıqlanıb.
Apasport.az xəbər verir ki, oyunu İngiltərədən olan ədalət təmsilçiləri idarə edəcəklər.
Bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.
Görüşün baş hakimi Maykl Oliver olacaq. Ona yan xətt hakimləri Stüart Bört ilə Ceyms Meynverinq köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Kristofer Kavanax yerinə yetirəcək.
0
0