Türkiyə millisinin üzvü İngiltərə klubu ilə müqavilə imzaladı
29.05.2024 - 15:18
Türkiyə millisinin üzvü İngiltərə klubu ilə müqavilə imzaladı

2023-2024-cü illər mövsümünün ara transfer dövründə "Xetafe"dən "Bornmut"a icarəyə göndərilən Enes Ünal İngiltərə komandasında qalıb.

Apasport.az xəbər verir ki, "Bornmut" Türkiyə millisinin üzvünün müqaviləsindəki satın alma opsiyasının icra edildiyini açıqlayıb. 

Türkiyəli İngiltərə komandası ilə 4 illik müqavilə imzalayıb.

Enes cari mövsümdə "Bornmut"da 22 oyun keçirib. 27 yaşlı futbolçu bu matçlarda 2 qol vurub, 4 məhsuldar ötürmə edib.

0