Tuxelin ilk istəyi
25.03.2023 - 15:13
Tuxelin ilk istəyi

“Bavariya”nın yeni baş məşqçisi Tomas Tuxelin ilk transfer istəyi bəlli olub.

Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis “Tottenhem”in forvardı Harri Keyni sərəncamında görmək istəyir.

Bu transferin böyük məbləğə gerçəkləşəcəyi gözlənilir. Lakin Tuxel klub rəhbərliyini Keyni almağa razı salmaq niyyətindədir.

Qeyd edək ki, ingiltərəli hücumçunun “Tottenhem”lə anlaşması 2024-cü ilin yayında başa çatacaq.

0