Üç top klub "Real Madrid"in qapıçısını istəyir
26.04.2024 - 14:08
Üç top klub "Real Madrid"in qapıçısını istəyir

Ukrayna millisinin və "Real Madrid"in qapıçısı Andrey Lunin top klubların radarına düşüb.

Apasport.az "Deadlinedaylive"a istinadla xəbər verir ki, bir neçə klub qapıçının xidmətində maraqlıdır.

PSJ, "Mançester Yunayted" və "Bavariya" futbolçunu öz sıralarına qatmaq istəyir. Lunin və "kral" klubu arasında mövcud müqavilə 2025-ci ilin yayında başa çatacaq.

"Transfermarkt" portalı onun bazar dəyərini 16 milyon avro olaraq qiymətləndirir. İspaniya çempionatının bu mövsümündə 25 yaşlı qolkiper 20 oyun keçirib və 13 qol buraxıb. 11 oyunda isə o öz qapısını toxunulmaz saxlayıb.

0