UEFA: AVRO-da komanda sayı artmayacaq
23.09.2022 - 09:21
UEFA: AVRO-da komanda sayı artmayacaq

Avropa çempionatında komanda sayının artırılması planı təxirə düşüb.

Apasport.az saytının məlumatına görə, UEFA 2028-ci ildəki yarışda 32 yığmanın iştirakı ilə bağlı planından imtina edib.

Buna teleyayımçı şirkətlərin quruma xəbərdarlığı səbəb olub. Onlar bildirib ki, 55 ölkədən 32-nin qatıldığı final mərhələsi kommersiya baxımından böyük maraq doğurmur. Çünki ehtimal oluna bilən və heç nə həll etməyən matçların sayı artacaq.

UEFA həm də seçmə mərhələdə qrup turniri əvəzinə olimpiya sistemi tətbiq etməyi müzakirə edib. Tərəfdaş yayımçılar bu ideyanı düzgün saymayıb.

Qeyd edək ki, AVRO-2016-dan başlayaraq qitə çempionatında 16 deyil, 24 komanda mübarizə aparır.

0
DİGƏR XƏBƏRLƏR
Loading...