UEFA futbolçuların jestləri ilə bağlı yeni qərar qəbul edib.
Apasport.az xəbər verir ki, qurumun təşkil etdiyi turnirlərdə futbolçuların oyun zamanı əlləri ilə ağızlarını bağlamaları artıq birbaşa qırmızı vərəqə ilə cəzalandırılmayacaq.
UEFA-nın açıqlamasına əsasən, bu hərəkətə görə futbolçuya sarı vərəqə göstəriləcək.
Yeni qərar UEFA-nın nəzarəti altında keçirilən bütün klub və milli komanda turnirlərinə şamil olunacaq.
Xatırladaq ki, DÇ-2026-nın qrup mərhələsinin Türkiyə - Paraqvay matçında paraqvaylı Migel Almiron əlləri ilə ağzını bağladığı üçün birbaşa qırmızı vərəqə almışdı. Həmin qərar böyük müzakirələrə səbəb olmuşdu.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA