UEFA Ranyerini cərimələdi
04.03.2025 - 13:24
UEFA Ranyerini cərimələdi

UEFA "Roma"nın baş məşqçisi Klaudio Ranyerini hakimləri tənqid etdiyinə görə cərimələyib.

Apasport.az xəbər verir ki, bu, Avropa Liqasının "Portu" ilə pley-off mərhələsinin ilk oyunundan (1:1) sonra baş verib.

Matçdan sonra, paytaxt klubunun baş məşqçisi hakimin rəqibə simpatiya göstərdiyini iddia edib. 

Beləliklə, Ranyeri 20 min avro cərimələnib. Klub həmçinin baş məşqçinin komandaya uyğun olmayan davranışına görə əlavə 11 min avro xərcə düşüb.