[b]“Uypeşt” – “Neftçi” oyununun vaxtı dəqiqləşdi [/b]
30.06.2018 - 11:03
[b]“Uypeşt” – “Neftçi” oyununun vaxtı dəqiqləşdi
[/b]

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq “Uypeşt” – “Neftçi” matçının vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, UEFA iyulun 19-da Macarıstanda keçiriləcək görüşün başlama saatını açıqlayıb.

 

Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Budapeştdəki qarşılaşma Ferens Susa stadionunda təşkil olunacaq.

 

Qeyd edək ki, komandalar arasındakı ilk qarşılaşma iyulun 12-də “Dalğa Arena”da baş tutacaq. Matç saat 21:00-da başlayacaq.