[b]"Uypeşt”lə oyuna tam hazır olacağıq” - Slavko Braliç [/b]
03.07.2018 - 00:01
[b]"Uypeşt”lə oyuna tam hazır olacağıq” - Slavko Braliç

[/b]

"Təlim-məşq toplanşında artıq üçüncü qələbəni qazandıq. 4:1 hesabı ilə qalib gəldik”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Neftçi”nin futbolçusu Slavko Braliç deyib.

 

Bosniya və Herseqovinanın "Çelik” klubu ilə yoxlama oyunundan (4:1) sonra “ağ-qaralar”ın rəsmi saytına açıqlama verən xorvatiyalı matçı dəyərləndirib: “Buna görə çox sevinirik. Hazırlığımız çox yaxşı gedir. Məşqlərə eyni qaydada davam etməliyik. İnanıram ki, "Uypeşt”lə oyuna tam hazır olacağıq”.