[b]“Üzərində işlədiyimiz sxemi reallaşdırmağa çalışdıq” - Petrov
[/b]
02.07.2018 - 23:13
"Yaxşı oyun alındı. Məşqçinin bizdən tələb etdiyini həyata keçirə bildik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin futbolçusu Kiril Petrov deyib.
Ukraynalı futbolçusu Bosniya və Herseqovinanın “Çelik” klubu ilə yoxlama oyunu (4:1) barədə fikirlərini “ağ-qaralar”ın rəsmi saytına açıqlayıb: “Məşqlərdə üzərində işlədiyimiz sxemi bu gün oyunda reallaşdırmağa çalışdıq. Bir neçə dəfə istədiyimiz alındı və yaxşı qollar vurduq. Bütün komandanı təbrik edirəm. Hazırlığı davam etdirmək lazımdı”.
0
0