"Valensiya" "Barselona" ilə matçda La Liqa rekorduna imza atıb
30.04.2024 - 09:58
"Valensiya" "Barselona" ilə matçda La Liqa rekorduna imza atıb

La Liqanın 33-cü turunda "Barselona" "Valensiya" (4:2) ilə üz-üzə gəlib.

Apasport.az "Opta"ya istinadla xəbər verir ki, "yarasalar" bu qarşılaşmada müasir La Liqada rekorda imza atıb.

Kataloniya klubu ilə səfər matçında rəqib futbolçuların yaş ortalaması 22 yaş 198 gün olub. Bu, 2005/06 mövsümündən bəri bütün komandalar arasında İspaniyanın yüksək divizionunda keçirilən matçda ən gənc start heyətidir. 

Qeyd edək ki, "Valensiya" hazırda La Liqa turnir cədvəlində səkkizinci yerdədir. "Barselona" isə ikinci pillədə qərarlaşıb. 

0