"Valensiya"nın üzvü “Arsenal”a keçməyə çox yaxındır
14.07.2025 - 17:08
İngiltərə Premyer Liqası təmsilçisi “Arsenal” “Valensiya”nın müdafiəçisi Kristian Moskeranı heyətinə qatmağa çox yaxındır.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, artıq hər iki komanda arasında razılıq əldə olunub.
London klubu transferi yekunlaşdırmaq ərəfəsindədir. İspaniyalı futbolçunun yaxın günlərdə tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün Britaniyaya yollanması gözlənilir.
Qeyd edək ki, Moskera keçən mövsüm “Valensiya” forması ilə 41 matça çıxıb.
- “Beşiktaş” Avropa Liqası matçını Batumidə keçirəcək
- Arda Turandan növbəti qələbə – “Şaxtyor” zirvədə
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
0
0