Varan millidən getdi
02.02.2023 - 16:13
Varan millidən getdi

Rafael Varan Fransa millisindəki karyerasını başa vurub.

Apasport.az saytının məlumatına görə, müdafiəçi bu addımı 30 yaşında atıb.

“Mançester Yunayted”in futbolçusu bu qərarı bir neçə həftə düşündükdən sonra verib. O, yığmadakı çıxışdan fiziki və psixoloji yorğunluq hiss etdiyi üçün belə addımı zəruri sayıb. DÇ-2022-nin finalında Argentinadan alınan məğlubiyyət də bu qərara təsir edib. Digər səbəb isə müdafiəçinin dizindəki zədədir.

Qeyd edək ki, 2013-cü ildən yığmada oynayan Varan 93 matç keçirib.
 

0