“Vest Hem” Maquayr planından əl çəkdi
15.08.2023 - 16:39
“Vest Hem” Maquayr planından əl çəkdi

“Vest Hem” Harri Maquayrın transferi ilə bağlı planından imtina edib.

Apasport.az saytının məlumatına görə, buna danışıqların uzanması səbəb olub.

“Mançester Yunayted”in müdafiəçisi keçidini öz klubu ilə razılaşdırmaqda çətinliklə üzləşib. Londonlular Maquayrdan əlini üzməli olub. Klub rəhbərliyi digər müdafiəçilərin namizədliyini nəzərdən keçirir.

Qeyd edək ki, Maquayr 2019-cu ilin avqustundan Mançester təmsilçisində forma geyinir. 
 

0