"Vilyarreal" yarımmüdafiəçisi Tomas Parti ilə müqaviləni uzatmayacaq.
Apasport.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
İspaniya klubu Qana millisinin üzvü ilə anlaşmadakı uzatma opsiyasını aktivləşdirməyəcək. Bu səbəbdən 32 yaşlı futbolçu iyulun 1-dən azad agent statusu alacaq.
Parti "Vilyarreal"a 2025-ci ilin yayında keçib. O, ötən mövsüm La Liqada 25 matça çıxıb.
Qeyd edək ki, Tomas Parti barəsində cinsi zorakılıq ittihamları üzrə cinayət işi davam edir. Futbolçu ittihamların heç birini qəbul etməyib. Onun 2027-ci ilin iyununda Londonun Sautuork Kral Məhkəməsi qarşısına çıxacağı gözlənilir.
- Superliqada yeni qaydalar – VAR-ın səlahiyyəti genişləndirildi
- Lemina ilə razılıq əldə olundu – "Qalatasaray" müqaviləni uzadır
- Kyellinidən Ronaldo etirafı – "Mənim üçün bütün zamanların ən yaxşısıdır"
- "Yuventus"un yeni səfər forması – Çəhrayı rəng geri döndü - FOTO
- 41 yaşında yeni müqavilə – Modriç “Milan”da qalır