Virtz qərarını verdi
22.02.2024 - 19:52
Virtz qərarını verdi

"Bayer”in yarımmüdafiəçisi Florian Virtz Avropanın top-klublarının maraq dairəsindədir.

Apasport.az xəbər verir ki, lakin o, komandanı tərk etmək istəmir.

Futbolçu ən azı 2024/25 mövsümünün sonuna qədər Leverkuzen təmsilçisində qalmaq niyyətindədir. Virtzlə “Bavariya”, “Real”, “Liverpul” və “Mançester Siti” maraqlanır. Klub onun satışından 130 milyon avro qazanmağı planlaşdırır.

Qeyd edək ki, onun "Bayer"lə müqaviləsi 2027-ci ilin iyuluna qədərdir.

0