Xabi Alonso istefaya göndərilə bilər
01.12.2025 - 17:55
"Real"ın baş məşqçisi Xabi Alonso yaxın günlərdə istefaya göndərilə bilər.
Apasport.az xəbər verir ki, rəhbərlik komandanın son oyunlarda göstərdiyi nəticələrdən narazıdır.
44 yaşlı çalışdırıcının taleyi La Liqanın 15-ci turunun "Atletik"lə matçından asılıdır. "Kral klubu" iki gün sonra keçiriləcək görüşdə xal itirsə, baş məşqçi ilə yollarını ayıra bilər.
Qeyd edək ki, Xabi Alonso mövsümün əvvəlində "Real"ın baş məşqçisi postuna təyin olunub. Madrid təmsilçisi İspaniya çempionatında keçirdiyi son üç qarşılaşmada heç-heçə edib.
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı
- “Real” Haaland transferində “Barselona”nı qabaqlayır
0
0