Xabi Alonso üçün 18 milyon avro
13.11.2023 - 17:49
Xabi Alonso üçün 18 milyon avro

Madrid “Real”ının Xabi Alonso üçün “Bayer”ə ödəyəcəyi kompensasiya bəlli olub.

Apasport.az xəbər verir ki, Almaniya təmsilçisi ispan mütəxəssisin 2024-cü ilin yayında “Kral klubu”nun baş məşqçi postuna keçməsinə icazə verib. 

Bunun üçün Madrid təmsilçisi təzminat ödəməli olacaq. “Bayer” Alonsonun gedişindən 15-18 milyon avro qazanmaq istəyir.

Qeyd edək ki, Alonsonun rəhbərlik etdiyi “Bayer” cari mövsümdə məğlub olmayıb.
 

0