[b]Xama Billiatdan 3 illik müqavilə[/b]
22.06.2018 - 21:25
[b]Xama Billiatdan 3 illik müqavilə[/b]

“Qarabağ”ın maraq dairəsində olan Xama Billiat seçimini edib. Apasport.az saytının Cənubi Afrika Respublikasının mətbuatına istinadən məlumatına görə, forvard karyerasını bu ölkədə davam etdirəcək.

 

“Mamelodi Sandaunz”la müqavilə müddəti başa çatan futbolçu Avropaya yollanmağı planlaşdırsa da, son anda qərarını dəyişib. Zimbabve millisinin üzvü yeni komandası ilə 3 illik müqavilə bağlayıb.

 

Qeyd edək ki, Xama Billiat “Qarabağ”la yanaşı, Avropadan “Yurqarden” və “Styaua”nın transfer gündəmində idi.