Xavi "Barselona"da qala bilər
22.04.2024 - 15:56
Xavi "Barselona"da qala bilər

"Barselona"nın baş məşqçisi Xavi Hernandes daha bir mövsüm Kataloniya klubunda qalmağa hazırdır.

Apasport.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri iddia irəli sürüb.

İspaniyalı mütəxəssis yaxın vaxtlarda İspaniya təmsilçisinin prezidenti Xuan Laporta və idman direktoru Deku ilə görüşüb bu barədə müzakirə aparacaqlar.

Qeyd edək ki, Xavinin hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayınadək nəzərdə tutulub.

0