[b]Xavyer Pastore İtaliyaya qayıtdı[/b]
26.06.2018 - 19:02
PSJ-nin yarımmüdafiəçisi Xavyer Pastore İtaliyaya qayıdıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, argentinalı futbolçu “Roma”ya keçib.
29 yaşlı oyunçu paytaxt təmsilçisi ilə 5 illik müqavilə bağlayıb. Bu keçid PSJ-yə 24,7 milyon avro qazandırıb. Pastore yeni komandasında 27 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Xavyer Pastore 2009-2011-ci illərdə İtaliyada “Palermo”nun formasını geyinib. Daha sonra 42 milyon avroya keçdiyi PSJ-də 19 titul əldə edib.
0
0