İtaliyanın məşhur klublarından olan “Parma” borclarını ödəyə bilmədiyi üçün müflis olduğunu açıqlayıb. Apasport.az saytının məlumatına görə, klubun rəsmi saytından verilən açıqlamada idman haqqlarının alınması üçün müəyyən olunmuş son gündə də alıcı çıxmayınca romalıların rəsmən müflis olduğu və İtaliyanın ən aşağı futbol liqası Seriya D-yə düşdüyü bildirildi.
İtaliya mətbuatında beyzbolçu Mike Piazzanın klubun səhmlərini alacağı haqqında xəbərlər getsə də, son anda əfsanə beyzbolçunun bundan imtina etməsi bütün ümidlərin sonu olub.
Xatırladaq ki, 90-cı illərin ən məşhur komandalarından olan “Parma”nın tarixi uğurlarla zəngindi.
Əsası 1913-cü ildə qoyulan klub 3 dəfə İtaliya çempionluğu, 1 dəfə İtaliya Kuboku, 1 dəfə Kuboklar Kuboku, 2 UEFA Kuboku və bir dəfə də UEFA Super Kubokunu qazanıb.