11 illik həsrətə son
18.05.2015 - 08:12
11 illik həsrətə son

İsrail çempionatının sonuna 2 tur qalmış qızıl medalların sahibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Təl-Əviv “Makkabi”si tarixində 22-ci dəfə çempion titulunu qazanıb.

 

Öz meydanında ən yaxın izləyicisi “Hapoel” (Kiryat-Şmona) ilə qarşılaşan paytaxt təmsilçisi 2:1 hesabı ilə qalib gəlib. Bununla da xal hesabını 70-ə çatdıran “Makakbi” 2-ci pillə ilə xal fərqini 9-a qədər artırıb.

 

Bununla da Təl-Əviv klubu 2003/04 mövsümündən sonra ilk dəfə çempion olub, 11 illik həsrətə son qoyub.

 

Qeyd edək ki, “Makkabi” Çempionlar Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanıb.