16 yaşlı futbolçu “Arsenal”da - FOTO
24.06.2015 - 20:01
16 yaşlı futbolçu “Arsenal”da - FOTO

Londonun “Arsenal” klubu “Timişoara”dan 16 yaşlı futbolçu Vlad Dragomirin keçidini həll edib. Apasport.az saytının “The Guardian”a istinadən məlumatına görə, yeniyetmə futbolçu “topçular”a cəmi 100 min avroya başa gəlib.

 

 

Oyunçu ilə 3 illik müqavilə imzalanıb.

 

 

Onun yeni mövsümdən etibarən “Arsenal”ın gənc komandası ilə oyunlara çıxacağı gözlənilir.