Azərbaycan millisinin futbolçusu Cihan Özkaranın klubunun ehtiyat oyunçular skamyasında qaldığı günlər başa çatıb. Apasport.az saytının məlumatına görə, Türkiyənin “Sivasspor” klubunda çıxış edən legioner Superliqanın 2014/15 mövsümündə debüt edib.
3 gün öncə “Əskişəhərspor”la qarşılaşmanın gedişində meydana daxil olub, 35 dəqiqə oynayan Cihan 173 günlük həsrətə son qoyub. Belə ki, 6 aya yaxın müddətdə Sivas təmsilçisinə lazım olmamışdı.
Təmsilçimiz sonuncu dəfə mayın 18-də komandasının “Karabükspor”a 0:1 hesabı ilə uduzduğu görüşün iştirakçısı olmuşdu. Bu dəfə isə Özkara 1:1 hesablı bərabərliyə şahidlik edib.