18 yaşlı türk Premyer Liqa yolunda
22.06.2015 - 21:43
18 yaşlı türk Premyer Liqa yolunda

“Bursaspor”un 18 yaşlı istedadlı hücumçusu Enes Ünal Premyer Liqa klublarının hədəfinə düşüb. Apasport.az saytının “Eurosport”a istinadən məlumatına görə, “Mançester Siti” gənc istedadın keçidini həll etmək üzrədi.

 

Futbolçunun meneceri Batur Altıbarmaq da iddiaları təkzib etməyib:

 

“Müştərimlə bir neçə ingilis klubu maraqlanır. Hazırda “Mançester Siti” ilə danışıqlarımız davam edir. Ancaq hər şeyin dəqiqləşdiyini deyə bilmərəm”.

 

“Şəhərlilər”in gənc futbolçu üçün klubuna 3 milyon avro ödəcəyi bildirilir.

 

Türkiyə mətbuatı isə iddia edir ki, Eneslə “Çelsi” də maraqlanır.

 

Xatırladaq ki, “Bursaspor”un öz yetirməsi olan futbolçu 2013-cü ildən əsas komandada çıxış edir. Bu müddətdə ümumilikdə 29 oyunda meydana çıxan hücumçu 4 qol vurub.