[b]"Qalatasaray"dan 20-ci qələbə [/b]
19.10.2014 - 01:30
[b]"Qalatasaray"dan 20-ci qələbə [/b]

Türkiyə Superliqasının VI turunda “Türk Telekom Arena”da “Fənərbaxça”nı 2:1 hesabı ilə məğlub edən “Qalatasaray” derbilərdə üstünlüyə sahib olub. Apasport.az saytının məlumatına görə, 88 və 90+1-ci dəqiqələrdə Useli Sneyderin dublu sayəsində 3 xala sevinən “Cim-Bom” son 4 mövsümdə 20-ci qələbəsini qazanıb.

 

“Aslanlar”ın “Beşiktaş” və “Fənər”lə oynadığı bu görüşlərin 17-si ölkə çempionatında baş tutub ki, 3 qarşılaşma da Türkiyə kubokunda reallaşıb. “Sarı-qırmızılar” 11 dəfə meydanı qalib tərk edib. 6 matç heç-heçə başa çatıb. 3 oyunda isə məğlubiyyətə üzülüb.

 

Bundan başqa, “Qalatasaray” Superliqanın son 3 mövsümündə “Fənərbaxça”, “Beşiktaş” və “Trabzonspor”la “Türk Telekom Arena”da qarşılaşdığı oyunların 7-sində sevinən tərəf olub.