2015-ci ildə ən çox qazanan futbolçu kimdi?
11.04.2016 - 18:56
2015-ci ildə ən çox qazanan futbolçu kimdi?

2015-ci ildə ən çox qazanc əldə edən futbolçular məlum olub. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Barselona”nın hücumçusu Lionel Messi ötən il hamıdan çox pul qazanıb.

 

Argentina millisinin kapitanının il ərzində qazancı 74 milyon avro olub. 2014-cü illə müqayisədə Leonun budəfəki gəliri 9 milyon avro çox olub. İkinci yerdə “Real”ın forvardı Kriştianu Ronaldo qərarlaşıb – 67,4 milyon avro.

 

“Barsa”nın digər futbolçusu Neymar isə 43,5 milyon avro ilə ilk “üçlüy”ü tamamlayıb. Maraqlıdı ki, bu “trio” 3 ildi ki, dəyişmir. 

 

Qeyd edək ki, bu məbləğlərə futbolçuların maaşları, sosial təminat fonduna ayırmalar, imza bonusları, vergi ödəmələri və reklam müqavilələri də daxildi.

 

0