Hollandiyanın PSV klubu 22-ci dəfə ölkə çempionu adına yiyələnib. Apasport.az saytının məlumatına görə, Eyndhoven təmsilçisi çempionatın sonuna 3 tur qalmış qızıl medalları təmin edib.
“Herenven” üzərində 4:1 hesablı qələbədən sonra PSV ən yaxın izləyicisi “Ayaks” üçün əlçatmaz olub. Belə ki, yeni çempion xal hesabını 79-a çatdırıb. 2-ci pillədə qərarlaşan “Ayask” isə liderdən 11 xal geri qalır.
Bununla da Filip Kokunun yetirmələri amsterdamlıların 4 illik hegemonluğuna son qoyub. PSV-nin özü isə sonuncu dəfə 2008-ci ildə çempion adını qazanmışdı.
Qeyd edək ki, PSV çempion adını qazanıb, Çempionlar Liqasına vəsiqə də əldə edib.