22 azərbaycanlı futbolçu Xorvatiyaya gedir
11.11.2014 - 15:13
22 azərbaycanlı futbolçu Xorvatiyaya gedir

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının növbəti təlim-məşq toplanışının vaxtı və yeri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, millimiz noyabrın 14-dən 28-ə qədər hazırlıq keçəcək.

 

Komandamızın toplanışı Xorvatiyada baş tutacaq. Baş məşqçi Təbriz Həsənov hazırlıqlara 22 oyunçu dəvət edib: Kamran İbrahimov, Aslan Bədəlzadə, Elçin Əsədov, Pilağa Mehdiyev, Bahadur Həziyev, Ərzuman Rizvanov (hamısı “Neftçi”), Yusif Həsənov, İbrahim Qədirzadə, Kənan Xəzərov (hamısı “Xəzər Lənkəran”), Ceyhun Muxtarlı, Nadir Qasımov (hər ikisi “İnter”), Məmməd Hüseynov, Ülvi İbrahimov (hər ikisi “Qarabağ”), Aqşin Hüseynov, Murad Qayalı, Fərid Nəbiyev, Tural Əjdərli (hamısı “Qəbələ”), Emin Səfixanov (“Metallurq” Donetsk, Ukrayna), İsmayıl Babayev (“Sumqayıt”), Rahid Ağazadə, Asim Abdullazadə, Samir Əliyev (hamısı “Bakı”).