25 qol vuran bombardirin qiyməti: 5 milyon avro
12.05.2015 - 23:06
25 qol vuran bombardirin qiyməti: 5 milyon avro

Türkiyənin “Bursaspor” klubunun hücumçusu Fernandao bir çox klubların diqqət mərkəzindədir. Apasport.az saytının məlumatına görə, Braziliyanın “Atletiko Paraneansa” klubundan icarə əsasında heyətə cəlb olunmuş futbolçunun transfer qiyməti də məlum olub.

 

“Qalatasaray”ın da yaxından maraqlandığı forvardın sərbəst qalma qiyməti 5 milyon avrodur.

 

Xatırladaq ki, hazırda Türkiyə Superliqasının bombardiri olan Fernandao liqada 22, Türkiyə kubokunda isə 3 qola imza atıb.