27 yaşında karyerasını bitirdi
28.05.2016 - 00:02
27 yaşında karyerasını bitirdi

Bundesliqa klublarından “Ayntraxt”ın futbolçusu Ştefan Raynarts karyerasını bitirib. Apasport.az saytının məlumatına görə, bu barədə klubdan xəbər yayılıb.

 

Uzunmüddətli zədələrdən əziyyət çəkən 27 yaşlı yarımmüdafiəçi nəhayət aktiv futbolla vidalaşmağa qərar verib. Raynarts fəaliyyətini futbolla əlaqəli başqa sahədə davam etdirmək istəyir.

 

Qeyd edək ki, Ştefan geridə qalan mövsümdə Bundesliqada 15 matçda meydana çıxıb və 1 qol vurub. 

0