Avropa çempionatı sensasiyalarla başladı
30.01.2014 - 09:08
Avropa çempionatı sensasiyalarla başladı

Futzal üzrə Avropa çempionatında I tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Belçikada təşkil olunan final mərhələsinin ikinci günündə meydana C və D qrupunda yer alan komandalar çıxıb.

 

Azərbaycan millisinin  yer aldığı qrupda İtaliya ilə Sloveniya üz-üzə gəlib. Komandamızın istirahət etdiyi tur sensasiya ilə əlamətdar olub. Belə ki, balkanlılar çempionatın favoritlərindən sayılan İtaliyanı məğlub etməyi bacarıblar – 3:2.

 

Günün digər oyunu da sensasiya ilə nəticələnib. Əvvəlki 8 çempionatın 6-da qalib titulunu qazanan, son 4 yarışda Avropanın ən yaxşısı olan İspaniya yığması Xorvatiya ilə görüşdə xal itirib – 3:3.

 

Futzal üzrə Avropa çempionatı
I tur

29 yanvar
C qrupu

İtaliya – Sloveniya – 2:3


D qrupu
İspaniya – Xorvatiya – 3:3