Qızlardan ibarət Azərbaycan millilərinin 2015/16 mövsümündə qarşılaşacağı rəqiblərin bəziləri yığmamızla əvvəllər də görüşüb. Apasport.az saytının məlumatına görə, bugünkü püşkdə U-19-a rəqib olan 3 komandadan ikisi tanış yığmalardı.
Belə ki, millimiz Uelslə 2008/09 mövsümünün 2-ci seçmə mərhələsində də qarşılaşmışdı. Onda yığmamız 1 xala sevinmişdi – 2:2. 2013/14 mövsümündə isə qızlarımız Xorvatiyaya məğlub olmuşdu – 1:3. Belçika isə U-19 üçün yeni rəqibdi.
U-17 yığmamıza rəqib olan Belçika, Çexiya və Gürcüstan “üçlüy”ünün hamısı yeni rəqiblərdi. Komandamız əvvəl bu millilərlə üz-üzə gəlməyib.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı