Çexiya çempionatının sonuna 2 tur qalmış qızıl medalların sahibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Plzenin “Viktoriya” klubu tarixində 3-cü dəfə ölkə çempionu adına layiq görülüb. 2010/11 və 2012/13 mövsümlərində qızıl medal qazanan komanda yenə 1 illik fasilədən sonra zirvəyə yüksəlib.
XXVIII turda “Yihlava”nı 2:0 hesabı ilə məğlub edən Plzen təmsilçisi xal hesabını 69-a çatdırıb. Bununla da “Viktoriya” ən yaxın izləyicisi “Sparta” ilə xal fərqini qoruyub.
6 xal üstünlük isə çempion titulunun təmin olunması üçün kifayət edib. Belə ki, “Viktoriya” “Sparta” ilə şəxsi oyunlarda (2:0, 2:0) da öndədi.
Qeyd edək ki, “Viktoriya” Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb.