312 gündən sonra doğma meydanda qazanılan 3 xal
03.03.2014 - 10:48
“Rəvan”ın qələbəsiz oyunlar seriyası başa çatıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XXIV turunda AZAL-ı 1:0 hesabı ilə məğlub edən Güvənç Kurtarın yetirmələri 18 oyunluq həsrətə son qoyub.
Bakılılar sonuncu dəfə V turun “Sumqayıt”la səfər oyununda qalib gəlmişdi. “Rəvan” 181 gün əvvəl - ötən il avqustun 31-də olduğu kimi yenə də 1:0 hesablı qələbə ilə 3 xal qazanıb. Sumqayıtdakı qələbəsi səfərdə qeydə alındığından “Rəvan” mövsümdə ilk dəfə evdə 3 xal qazanıb.
Qeyd edək ki, paytaxt təmsilçisinin öz meydanındakı son qələbəsi ötən mövsüm qeydə alınmışdı. 2013-cü il aprelin 22-də “Turan”ı məğlub edən “Rəvan” 312 gündən sonra qonaqları xalsız qoya bilib.

- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
0
0