31 dəfə ölkə çempionu olmuş klub peşəkar statusdan məhrum edildi
22.06.2015 - 21:22
Sofiyanın ÇSKA klubu peşəkar statusdan məhrum edilib. Apasport.az saytının Bolqarıstan Futbol Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, buna səbəb klubun 15 milyon avro borcunu ödəyə bilməməsi olub.
Bildirilir ki, Bolqarıstanda daha 3 klubun – “Lokomotiv” (Sofiya), “Marek” və “Xaskova”nın da analoji statusu ləğv edilib.
Xatırladaq ki, 31 dəfə ölkə çempionu olan və 11 dəfə də kuboku qazanan ÇSKA Bolqarıstanın ən titullu klubudu. “Hərbçilər” ötən mövsümü 5-ci sırada tamamlamışdı.
0
0