32 dəqiqə oynadı, darmadağın gördü
06.04.2015 - 07:57
32 dəqiqə oynadı, darmadağın gördü

Azərbaycan millisinin futbolçusu Vaqif Cavadov Türkiyə çempionatının I liqasında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “Boluspor”da çıxış edən həmyerlimiz komandasının “Alanyaspor”la ev oyununda iştirak edib.

 

Bolu təmsilçisi bu qarşılaşmada 0:3 hesabı ilə uduzub. Cavadov komandasının darmadağın olduğu qarşılaşmanın 58-ci dəqiqəsində meydana daxil olub.

 

Qeyd edək ki, 26 oyundan sonra 32 xalı olan “Boluspor” 11-ci pillədə qərarlaşıb.

0