Premyer Liqanın XII turu çərçivəsində noyabr ayının 20-də “Xəzər Lənkəran” səfərdə “İnter”lə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, bu, hər iki komanda üçün 38-ci matç olacaq.
İndiyə qədər keçirilən 37 qarşılaşmanın 9-da “Xəzər Lənkəran” qalib gəlib və 11 oyunda uduzub. 17 matç isə heç-heçə başa çatıb. Topların sayında “bankirlər” öndədi - 39:40.
Azərbaycan çempionatları tarixində cənublular “İnter”lə ümumilkdə 29-dəfə qarşılaşıb. Çempionat oyunlarında “Xəzər Lənkəran” 5-dəfə qalib gəlib, 15-dəfə heç-heçə edib və 9-dəfə məğlub olub. Çempionat oyunlarında “Xəzər Lənkəran” 25-dəfə paytaxt klubunun qapısına yol tapa bilib, öz qapısından isə 30-top buraxıb.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı