Futzal üzrə milli komandaların reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi dünya reytinqində 10-cu pillədəki mövqeyini qoruyub.
Aprelin əvvəlində açıqlanan siyahı ilə müqayisədə 14 xal itirən yığmamızın aktivində 1397 xal var. Komandamız 9-cu olan Qazaxıstandan 38 xal geri qalır.
Ümumiyyətlə son yarım ayda siyahıda ciddi dəyişikliklər baş verməyib. Braziliya millisi zirvədəki, İspaniya 2-ci sıradakı mövqeyini qoruyub. İlk “üçlüy”ü Rusiya qapayır.
Dünyanın ən güclü 10 millisi
1. Braziliya - 1919
2. İspaniya - 1911
3. Rusiya – 1724
4. İtaliya – 1662
5. İran - 1626
6. Argentina – 1621
7. Portuqaliya - 1573
8. Ukrayna – 1500
9. Qazaxıstan – 1435
10. AZƏRBAYCAN – 1397