38 yaşlı bombardir ilə bir il daha
11.06.2015 - 00:59
38 yaşlı bombardir ilə bir il daha

İtaliyanın “Verona” klubu hücumçu Luka Toni ilə müqavilə müddətini uzadıb. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, 38 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

 

Xatırladaq ki, qocaman hücumçu başa çatan mövsümdə İtaliya A seriyasında çıxdığı 38 oyunda 22 qol vuraraq “İnter”li Mauro İkardi ilə birlikdə bombardirlik yarışını 1-ci sırada bitirmişdi.