3 mükafata 6 namizəd
10.04.2015 - 08:52
3 mükafata 6 namizəd

“Qarabağ” ilk “dördlük”də yerini təmin edib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Topaz Premyer Liqasının XXIX turunda AZAL-ı 2:1 hesabı ilə məğlub edib, ilk 4 pillədən birini tutacağını rəsmiləşdirib. Buna səbəb ağdamlıların 5-ci yerdəki “Simurq”la xal fərqinin 22-yə çatmasıdı.

 

“İnter”lə “Neftçi”nin isə “altılıq”da olacağı dəqiqləşib. Çünki 7-ci pillədə olan “Xəzər Lənkəran” “ağ-qaralar”la ev qarşılaşmasında xal itirib - 2:2. Bu da cənubluların bürünc medallara olan nəzəri şanslarının itməsi ilə nəticələnib. Lənkəran təmsilçisi qalan 6 matçda qalib gəlsə, 4-cü pillədən yuxarı pilləyə ümid edə bilməyəcək.

 

Qeyd edək ki, son 7 tur ərəfəsində 6 komanda mükafatçılar sırasına düşmək üçün nəzəri şanslarını saxlayır.