4-cü dəfə Slovakiya çempionuna qarşı
18.11.2014 - 16:28
4-cü dəfə Slovakiya çempionuna qarşı

Futzal üzrə UEFA kubokunun elit-raundunda mübarizəyə bu gün başlayacaq Azərbaycan çempionu “Araz” Slovakiyanın “Slov-Matik” klubu ilə 4-cü dəfə üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, iki ölkə çempionları yarışın tarixində 3 dəfə üz-üzə gəlib.

 

İlk dəfə 2006-cı ildə görüşən komandaların oyunlarında “Araz” iki, rəqibi 1 dəfə qalib gəlib. Məhsuldar keçən matçlarda təmsilçimiz 17 qol vurub. 10-nu buraxıb.

 

15.10.2006. “Araz” (Azərbaycan) - “Slov-Matik” (Slovakiya) - 10:4

13.09.2007. “Araz” (Azərbaycan) - “Slov-Matik” (Slovakiya) - 3:4

14.09.2008. “Araz” (Azərbaycan) - “Slov-Matik” (Slovakiya) - 4:2