Topaz Premyer Liqası klubları milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edib yoxlama oyununda qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, cari mövsümdə 1 dəfə üz-üzə gələn “Qəbələ” və AZAL yenidən qarşılaşıb.
Çempionat oyununda bakılıları qəbul edən əyalət klubu yenə matçın meydan sahibi olub. Bu dəfə də 40 gün əvvəl – avqustun 30-da baş tutan IV turun oyunundakı hesab qeydə alınıb.
Belə ki, AZAL Qəbələdə 2:1 hesabı ilə qalib gəlməyi bacarıb. Oyunda hesabı meydan sahibləri açsa da, fasilədən sonra əzmkarlıq nümayiş etdirən qonaqlar qalib gəlib.