441 gündən sonra
07.11.2014 - 10:33
441 gündən sonra

Ağdamın “Qarabağ” klubunun avrokuboklardakı ev oyunlarında məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri qrup mərhələsinin IV turunun “Dnepr”lə matçında mövsümün ilk ev yenilgisini alıb.

 

2014/15 mövsümündə öz meydanında keçirdiyi 4 qarşılaşmada uduzmayan ağdamlılar 5-ci matçda “ilişib”. 1:2 hesabı ilə uduzan “Qarabağ” bunadək Çempionlar Liqasında “Valletta”nı (Malta) 4:0, “Zalsburq”u (Avstriya) 2:1 hesabı ilə məğlub etmiş, Avropa Liqasında “Tvente” (Hollandiya) və “Sent-Etyen”lə (Fransa) qolsuz heç-heçəyə nail olmuşdu.

 

“Qarabağ” avrokuboklarda son ev məğlubiyyətini ötən mövsümün sonunda almışdı. Avropa Liqasının pley-off mərhələsində Almaniya “Ayntraxt”ı Bakıdan qalib ayrılmışdı. 2013-cü il avqustun 22-də Frankfurt təmsilçisi 2 cavabsız qolla buna nail olmuşdu. Ağdam klubu 441 gündən sonra Tofiq Bəhramov adına Respublika stadionunu məyus tərk edib.